Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib:

“Qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq. “Qarabağ” keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq”.

“Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.