Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane ilə münaqişədən sonra meydandan qovulan Kevin Medina barədə “Qarabağ” rəhbərliyi son qərarını verib.

Rekord.az xəbər verir ki, matçın 73-cü dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanan və klubun 3200 manat cərimələnməsinə səbabkar olan kolumbiyalı müdafiəçinin fevral ayı üçün maaşı yarıbayarı kəsilib.

Bu isə derbidə rəqibinə kəllə atan 28 yaşlı legionerin 15 min dollar itirməsi deməkdir.

Ağdam təmsilçisi cənubi amerikalə oyunçuya xəbərdarlıq edib ki, bu hal növbəti dəfə təkrarlanarsa, daha böyük cəriməyə məruz qalacaq və qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılacaq.