Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qarabağ” “Kəpəz”i qəbul edib. Ağdam klubu qələbə qazanmaqla liderliyi ələ keçirib.

Günün digər matçı “Sumqayıt” “Araz-Naxçıvan” arasında baş tutub. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun ilk oyununda “Səbail” “Turan Tovuz”a qalib gəlib. “Qəbələ” – “Neftçi” və “Sabah”– “Zirə” matçları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
12-ci tur

4 noyabr

“Qarabağ” – “Kəpəz” 7:1
Qollar: Yassin Benzya, 2; 15; 43. Leandro Andrade, 13; 51. Olavio Juninyo, 37 – Adama Niane, 18. Nəriman Axundzadə, 63.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00

Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Kəpəz: 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov (k), 11. Elnur Cəfərov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko, 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya, 24. Olavale Onanuqa
Baş məşqçi: Azər Məmmədov

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar: Rövlan Muradov, 15. Roi Kehat, 69.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev
“Kapital Bank Arena”, 18:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.