“Qarabağ” “Keşlə”yə qalib gəldi
- 18 İyl 2020 20:33
- 832
Azərbaycanı avrokuboklarda təmsil ecədək komandalardan “Qarabağ”la “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb.
Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.
Yoxlama oyunu
18 iyul
Qarabağ - Keşlə 3:1
Qol: Filip Ozobiç, 11-pen; 51. Mahir Emreli, 65 - Aleksandr Kristovao, 6.