
“Qarabağ” kimi böyük kluba qoşulduğum üçün çox xoşbəxtəm”
- 2023-01-27 22:21
- 143
“Qarabağ”ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.
Rekord.az xəbər verir ki, əlcəzairli hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:
“Qarabağ” kimi böyük komandaya qoşulduğum üçün çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm”.
Xatırladaq ki, Fransanın "Dijon" klubundan transfer edilən 29 yaşlı vingerlə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.