"Qarabağ" Kiprdə azarkeşsiz qalacaq
- 06 Noy 2019 13:00
- 847
"Qarabağ" Kiprdə APOEL-ə qarşı keçirəcəyi Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.
Rekord.az xəbər verir ki "SigmaLive"nin məlumatına görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı lazım bilib.
Klub mümkün gərginlik ehtimalını nəzərə alaraq bu addımı atıb.
Ağdam təmsilçisindən isə bildirilib ki, Kipr səfəriylə bağlı onlara azarkeşlərdən heç bir müraciət daxil olmayıb. Yalnız Kipr və Avropanın başqa öləkələrində yaşayan həmyerlilərimizin stadiona gələcəyi gözlənilir. Həmin fanatların sayı bilinmir.
Noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.