"Qarabağ" "Kopenhagen"in futbolçusu ilə razılığa gəldi?
- 23 İyl 2020 12:00
- 1140
«Qarabağ» Uros Matiçin transfer məsələsində sona gəlib.
Rekord.az-ın məlumatına görə, serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə bütün müqavilə şərtlərini razılaşdırıb.
Transfer hüququ «Kopenhagen»ə məxsus olan, icarə əsasında 2 mövsümü «Austriya» və APOEL-də keçirən 31 yaşlı legioner yaxın günlərdə Bakıya gəlməlidir.
Danimarka klubu 2017-ci ildə sıralarına qatdığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razılaşıb. Matiç «Qarabağ»ı seçdiyindən, APOEL-in onu yenidən 1 illik icarəyə götürmək təklifini geri çevirib. (sportinfo.az)