“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempionat sona çatdıqca futbolçuların gücü tükənir. Rəqib "Qarabağ" idi. Onlara qarşı səhvsiz oynamaq lazım idi. Amma komandamın çıxışı məni üzdü. Sadə top itkilərinə yol verdik. Bu, plana daxil deyildi. Sərgilədiyimiz oyun məni məyus etdi. Rəqib layiqli qələbə qazandı. İstənilən halda komanda son iki oyuna hazır olmalıdır. Kubokda final, çempionatda "Qəbələ" ilə oyunumuz var”.