“Qarabağ” “Legiya” ilə oyun üçün 23 futbolçu sifariş etdi
- 26 Sen 2020 13:30
- 688
“Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Polşanın “Legiya” klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun iştirak ərizəsində 23 futbolçu yer alıb.
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçuya yer verilib.
Oktyabrın 1-də keçiriləcək “Legiya” – “Qarabağ” matçına saat 22:00-da start veriləcək.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye;
Hücumçular: 11. Mahir Emreli, 7. Ovusu Kvabena, 22. Musa Qurbanlı.