![photo](https://www.rekord.az/storage/uploads/5/359465950-826027005559002-4131489311055766995-n.jpg)
“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılır
- 09 İyl 2023 22:50
- 441
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 10-d saat 11:00-dan satışa çıxarılacaq.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).