Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı müəyyənləşib.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün 12 min bilet alınıb.

İyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda qalib gəlib - 2:1.