Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümündəki ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub.

“Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş və səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.

Bu dəfə isə Ağdam təmsilçisi səfərdə 2 cavabsız qolla qalib gəlib.

Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu

23 iyul

“Linkoln” - “Qarabağ” 0:2
Qollar: Olavio Juninyo, 45+2. Toral Bayramov, 75.
Hakimlər: İştvan Vad, Vencel Tot, İştvan Albert, Bence Csonka (hamısı Macarıstan).
“Europa Point Stadium”.

Linkoln: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent.
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.
Baş məşqçi: Xavyer Munyos.
Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.
Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.