“Qarabağ” Lunyovla yollarını ayırdı
- 04 İyn 2024 18:07
- 230
“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.