"Qarabağ" Mahir Əmrəliyə 700 minlik müqavilə təklif etdi ÖZƏL!
- 19 May 2021 11:00
- 816
"Qarabağ"la müqaviləsi başa çatacaq Mahir Əmrəlinin adı daha çox Polşa "Legiya"sı ilə çəkilsə də, hələlik ortada real heç nə yoxdur. Hətta futbolçunun azərbaycanlı meneceri də açıqlama verib ki, nəinki "Legiya", heç bir klubla heç bir rəsmi razılaşma əldə olunmayıb.
Rekord.az-a isə Mahirlə bağlı daha bir maraqlı məlumat daxil olub.
Bildiyiniz kimi, mətbuatda Ağdam klubunun Əmrəliyə illik 500 min manat dəyərində müqavilə təklif etdiyi haqda məlumatlar yer almışdı. Bizə daxil olan son məlumata görə isə, "Qarabağ" bu məbləği 500 mindən 700 minə qaldırıb. Artıq seçim futbolçunun özünündür. Böyük ehtimalla, Mahir Ağdam klubunun illik 700 min manatlıq müqavilə təklifini geri çevirməyəcək.