«Qarabağ» Uroş Matiçi icarəyə verə bilər.

Rekord.az xəbər verir ki, APOEL serbiyalı yarmmüdafiəçinin xidmətində maraqlıdır.

Kipr klubu ötən mövsüm icarə əsasında xidmətindən yararlandığı 30 yaşlı futbolçu ilə ilkin danışıqlara başlayıb. Ağdam təmsilçisində əsas heyətdəki yerini itirən balkanlı legionerin APOEL-in təklifinə münasibəti yaxşıdır.

Sadəcə, danışıqların rəsmiyyətə çevrilməsi Azərbaycan çempionunun mövqeyindən asılıdır. «Qarabağ»ın keçən yay «Kopenhagen»dən transer etdiyi və 2+1 illik müqavilə imzaladığı Matiçlə vidalaşmağa razılaşacağı gözlənilir.