“Qarabağ”ın yeni transferi Uroş Matiç açıqlama verib.

Rekord.az xəbər verir ki, “telegraf.sr”ya danışan 30 yaşlı yarımmüdafiəçi, Ağdam klubuna keçidi ilə bağlı bunları deyib:

“Burda olmaqdan məmnunam. “Qarabağ” konkret təklif göndərdi və məni bura gətirmək üçün hər şey etdi. Komanda çox yaxşı təşkilatlanıb. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, çempionatda da, avrokuboklarda da yaxşı nəticələr qazanacağıq”.

“Qarabağ” serbiyalı futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.