Növbəti mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. “Rekord.az” xəbər verir ki, klub artıq oyunçu axtarışında konkret addımlar atır. 

 

Əldə etdiyimiz məlumata görə, ağdamlılar Mərakeş çempionatından oyunçu transferi etmək qrəarına gəlib. Bunun üçün tanınmış menecer-seleksioner Bəxtiyar Musayev bu ölkəyə ezam edilib. O, “Qarabağ”ın maraqlandığı oyunçuları yerində izləyəcək və onların durumu barədə hesabatı məşqçilər korpusuna təqdim edəcək. Ehtiyac olarsa, Musayev ilkin danışıqları da elə oradaca aparacaq.