"Qarabağ" gənc futbolçusu Rauf Hüseynlini icarəyə verə bilər.

Rekord.az xəbər verir ki, U-21-in də şərəfini qoruyan futbolçu qışa qədər icarə əsasında "Zirə"də çıxış edib.

Dekabrda isə yenidən müqavilə ilə məxsus olduğu klubun düşərgəsinə qayıdıb və hazırda Antalya toplanışında iştirak edir.

Lakin Qurban Qurbanovun qışdan sonra əsas komandada ona şans verəcəyi inandırıcı görünmür. Bu səbəbdən milli üzvünün oyun praktikasını itirməməsi üçün yenidən icarəyə göndəriləcəyi gözlənilir.