Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da pley-off mərhələsindəki potensial rəqibi məlum olub.

“Köhlən atlar” 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Ferentsvaroş” – “Dinamo” matçının qalibiylə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları isə 29-30 sentyabr tarixlərində oynanılacaq.

“Qarabağ” – “Molde” oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Qarabağ (Azərbaycan)/Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)/Dinamo (Zaqreb)