“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
- 16 Dek 2023 15:16
- 235
Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.
Rekord.az xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.
Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.