Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" bu oyunun hazırlığına başlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qurban Qurbanovun komandası Azərbaycan derbisinə öz bazasında hazırlıq keçir.

Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" oyununa saat 20:00-da start veriləcək.