Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçirilib.

“Qarabağ”ın hazırda 35 xalı vardı və qış çempionu idi. Ağdam təmsilçisi bu oyunda da qalib gəlsə, əsas izləyicilərindən uzaqlaşacaqdı. “Neftçi” isə 25 xalla 5-cidir və qalib gəlməklə 3-cü pilləyə yüksələ bilərdi. Amma bu oyunda "Qarabağ" qalib gəlib və zirvədəki mövqeyini möhkəmləndirib.

Misli Premyer Liqası
17-ci tur

18 dekabr

“Qarabağ” - “Neftçi” 2:0
Qollar: Yassin Benzya, 70. Hamidu Keyta, 90+2.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.