"Qarabağ" Nigeriya millisinin qapıçısına təklif göndərdi?
- 30 Dek 2019 12:00
- 1167
Mövsümün ilk yarısında "Bornmut"dan icarəyə götürdüyü Asmir Beqoviçi komandada saxlaya bilməyən "Qarabağ" bosniya və herseqovinalı qapıçının yerini doldurmaq üçün axtrarışlarını davam etdirir.
Rekord.az Ağdam klubunun transfer siyahısında olan qolkiperlərdən birinin adını müəyyənləşdirə bilib.
Əldə etdiyimiz məlumata görə, bu, Nigeriya millisinin qapıçısı Fransis Uzohodur. Azərbaycan çempionu 21 yaşlı qapıçıya təklif göndərib.
Peşəkar karyerasına 2013-cü ildə başlayan afrikalı qolkiper 2017-2018 mövsümündə "Deportivo"nun əvəzedici və əsas komandalarında çıxış edib. İspaniyada "Elçe"nin də formasını geyinmiş Ozoho müqavilə ilə La Korunya təmsilçisinə məxsusdur. Gənc qapıçı 2019-cu ilin ilk yarısını icarə əsasında Kiprin "Anortosis", ikinci yarısını isə "Omoniya" klublarında keçirib.
2017-ci ildən Nigeriya millisinə dəvət alan Ozoho yığma ilə 14 oyuna çıxıb.(sportinfo.az)