"Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunu üçün səfərə yollanıb.

Rekord.az xəbər verir ki, qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmayıb.

Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.