Xəbər verdiyimiz kimi, UEFA-nın qərarı ilə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futbol sahəsində fəaliyyətinə ömürlük qadağa qoyulub. Qitə futbol qurumu həmçinin FİFA-ya müraciət edərək, bu cəzanın bütün yarışlara aid olunmasını istəyib. Xatırladaq ki, İbrahimov “feysbuk” hesabında ermənilərin Bərdədə dinc əhaliyə divan tutmasına qarşı emosional şəkildə etiraz etdiyinə görə belə sərt cəzaya məruz qalıb. UEFA eyni zamanda Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.

 

Rekord.az xəbər verir ki, Ağdam klubu UEFA-nın sərt qərarından apellyasiya şikayəti verəcək.

Artıq bunun üçün klub tərəfindən İbrahimova vəkil də tutulub.