
"Qarabağ" Ovusunu satıb eyni komandadan bu futbolçunu almaq istəyir?
- 19 Yan 2023 14:00
- 660
Xəbər verildiyi kimi, “Ferentsvaroş” "Qarabağ"ın futbolçusu Ovusunu istəyir.
Rekord.az xəbər verir ki, Ağdam klubu da futbolçunun satılmasının əlehinə deyil.
Məsələ ilə bağlı əldə etdiyimiz son maraqlı məlumat isə ondan ibarətdir ki, "Qarabağ" Ovusunu "Ferenstvaroş"a satıb, eyni klubdan Frank Bolini transfer etmək istəyir. Maraqlıdır ki, Budapeşt təmsilçisinin idman direktoru Tamaş Haynal yerli mətbuata açıqlamasında bildirib ki, baş məşqçi Stanislav Çerçesovla bu məsələni müzakirə ediblər və müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı hücumçunu qış fasiləsində satmaq qərarına gəliblər. Macarıstan mediasında çıxan xəbərlərə görö, “Qarabağ” Frank Bolini qış fasiləsində transfer etmək niyyətindədir.