“Qarabağ” indidən aparıcı üzvləri ilə yeni müqavilələrlə bağlı danışıqlar aparmağa başlayıb.

Rekord.az xəbər verir ki, bu futbolçulardamn biri də Ozobiçdi.

Komandaya yayda qoşulan serbiyalı futbolçu özünü doğurulda bildi. Azərbaycan millisinə də dəvət alan xorvatiyalı son zamanlar baş məşqçi Qurban Qurbanovun inamını qazana bilib. Bu səbəbdən Qurbanov Ozobiçin daha 1 il Ağdam klubunda qalmasını istəyir. Futbolçu özü də bunun əlehinə deyil və güman ki, qışdan sonra onunla müqavilənin müddəti uzadılacaq.

Qeyd edək ki, futbolçunun müqaviləsi iyunda başa çatır.