
“Qarabağ" Polşa klubuna uduzdu
- 01 İyl 2023 21:57
- 402
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşıb.
"Kössen Arena"da oynanılan görüş "köhlən atlar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.