“Qarabağ” Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyununda dəstəksiz qalmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlılar üçün ayrılan sektora 50-dən çox bilet alınıb. Abbaszadə Almatıdakı azərbaycanlıların müraciətlərini və onların matça marağını nəzərə alaraq, bu rəqəmin qarşılaşmayadək daha da artacağını bildirib. (Report)

Qeyd edək ki, bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.