Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun iki oyununun təyinatları müəyyənləşib.

Rekord.az xəbər verir ki, "Qarabağ" - "Qəbələ" matçı Rəşad Əhmədova, "Səbail" - "Keşlə" görüşü isə Səbuhi Bayramova tapşırılıb.

Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
6-cı tur

17 oktyabr

"Səbail" - "Keşlə"
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. "ASCO Arena", 14:00.

"Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. "Azersun Arena", 16:00.