“Qarabağ” “Qəbələ” üzərində qələbəylə vahid lider oldu
- 03 Okt 2021 20:53
- 509
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında eyni xala malik iki komanda - “Qarabağ” ilə “Qəbələ” üz-üzə gəlib.
Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ”nin Ağdam təmsilçisi ilə səfər oyunundan hansı nəticə ilə ayrılacağı maraqla gözlənilirdi. "Qarabağ" bu oyundan inamlı qələbəylə ayrılmaqla vahid liderə çevrilib.
Xatırladaq ki, turun digər oyunlarında “Zirə” “Sumqayıt”a 1:0, “Keşlə” “Sabah”a 2:0, “Neftçi” isə “Səbail”ə 3:1 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
6-cı tur
3 oktyabr
“Qarabağ” – “Qəbələ” 2:0
Qol: A.Zubir, 52. R.Şeydayev, 66.
Bakı. “Azersun Arena”, 19:00.
Qarabağ: 12. Emil Balayev (k), 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 20. Kadi Borges, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.