“Qarabağ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçimlər Ağdam rayonu, Quzanlı qəsəbə stadionunda keçiriləcək. 

Seçimlərdə iştirak etmək istəyən 2006-2013-cü il təvəllüdlü oğlanlar qeydiyyatdan keçmək üçün bu gündən fevralın 26-dək müraciət edə bilərlər.

Seçimlərin əsas mərhələsi martın 5-dən 7-dək reallaşacaq.