![photo](https://www.rekord.az/storage/uploads/5/f-165.jpg)
“Qarabağ” – “Rakuv” matçının biletləri satışa çıxarılır
- 24 İyl 2023 22:32
- 286
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Rakuv” (Polşa) oyununun biletləri iyulun 25-i saat 14:00-dan satışa çıxarılacaq.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu.