![photo](https://www.rekord.az/storage/uploads/5/s-264.jpg)
"Qarabağ" - "Rakuv" oyununun biletləri satışda
- 25 İyl 2023 17:30
- 322
Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Azarkeşlər biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun Park Bulvardakı fan-şopundan əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.