Hazırda ölkəmizdə davam edən müharibə şəraiti futbola da təsir edib. Bildiyiniz kimi, milli komanda bu səbəbdən Kiprlə ev oyununu Albaniyada keçirməli oldu.

Rekord.az xəbər verir ki, "Qarabağ"ı da Avropa Liqasında bu təhlükə gözləyə bilər.

Düzdür, hazırda bu məsələ müzakirə olunmur Amma UEFA-dan gələ biləcək hər hansı qərara ehtimal olaraq Ağdam klubunun rəhbərliyi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüb sözügedən məsələ ətrafında müzakirə aparmağı düşünür. Görüş gələn həftənin ilk günü nəzərdə tutulub. Əgər növbəti həftə UEFA-dan meydança ilə bağlı hər hansı qərar gəlsə, o zaman qısa müddətdə bu məsələni həll etmək lazım gələcək. Əldə etdiyimiz məlumata görə, vəziyyət neytral meydan amilinə qədər gedib çıxarsa, "Qarabağ" rəhbərliyi Türkiyə variantını seçməyi düşünür.