Rumıniya yığmasının qapıçısı Florin Nitanın "Qarabağ"a təklif olunması haqda məlumatlar yayılıb.

Rekord.az xəbər verir ki, yayılan məlumatlarda AVRO-2024-də də Rumıniya millisində forma geyinən 37 yaşlı qapıçı menecerlər tərəfindən Ağdam klubuna təklif olunub.

Məsələ ilə bağlı "Qarabağ"ın münasibətini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təkzib etdi və bildirdi ki, ümumiyyətlə, belə bir məsələ gündəmdə deyil.