Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-cu turun iki oyunu üçün təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, sabah keçiriləcək “Qarabağ” – “Sabah” matçını Orxan Məmmədov idarə edəcək.

“Sumqayıt” - “Keşlə” görüşü isə Elçin Məsiyevə tapşırılıb.

Azərbaycan Premyer Liqası
20-ci tur

13 mart

Qarabağ – Sabah
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Azersun Arena”, 17:00.

Sumqayıt – Keşlə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt şəhər stadionu, 19:15.