Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

“Qarabağ”ın “Sabah”la matçı martın 13-də, “Neftçi” – “Səbail” görüşü isə martın 14-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
20-ci tur

13 mart

Qarabağ – Sabah
Bakı. “Azersun Arena”, 17:00.

Sumqayıt – Keşlə
Sumqayıt şəhər stadionu, 19:15.

14 mart

Qəbələ – Zirə
Qəbələ şəhər stadionu, 15:00.

Neftçi –Səbail
8-ci km stadionu, 17:15.