"Qarabağ" klubu daha bir futbolçunun keçidini həll edib.

Rekord.az xəbər verir ki, ölkə çempionu son olaraq Serbiyanın "Partizan" komandasında çıxış etmiş Patrik Andradeni heyətinə qatıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Amma transferin detalları açıqlanmayıb.

Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2020-2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.