Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah - avqustun 6-da satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.

Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.