![photo](https://www.rekord.az/storage/news/2025_02_11/293843434_1739292758.jpg)
“Qarabağ” “Səbail”ə böyük hesabla qalib gəldi
- 11 Fev 2025 20:53
- 44
Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Qarabağ” autsayder “Səbail”i qəbul edib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olub. Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.
Turun daha öncə keçirilmiş oyunlarında “Şamaxı” “Sumqayıt”a (1:0), “Sabah” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” – “Kəpəz” matçı qolsuz (0:0) yekunlaşıbsa, “Zirə” evdə “Neftçi”yə uduzub – 1:2.
Misli Premyer Liqası
22-ci tur
11 fevral
“Qarabağ” – “Səbail” 5:0
Qollar: Yassin Benzya, 76. Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Larruçea.
Baş məşqçi: Cavid Hüseynov.