Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edib.

Ağdam təmsilçisi bu oyunda qalib gəlsəydi, turnir cədvəlinin vahid lideri olacaqdı. Ağdam klubu buna darmadağınla nail olub.

“Qarabağ” bu oyundan sonra Premyer Liqada 29 xalla 1-ci, “Səbail” isə 13 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası
5-ci turun oyunu

28 yanvar

Qarabağ – Səbail 4:0
Qol: K.Ovusu, 18. M.Emreli, 25; 90+4. P.Andrade, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov.
Bakı. “Azersun Arena”.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 1. Kamran Ağayev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev.
Baş məşqçi: Aftandil Hacıyev.