"Qarabağ" Juninyoya görə "Sevilya"ya güzəştə getməyə məcbur olub.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniya klubundan 5 milyona yaxın transfer haqqı istəsə də, sonda 3 milyona razılaşıb.

Burada futbolçunun hədsiz istəyi də rol oynayıb. Çünki Juninyo bu təklifdən sonra birmənalı şəkildə "Qarabağ"dan getmək istədiyini "Qarabağ" rəhbərliyinin diqqətinə çatdırıb.