Azərbaycan Premyer Liqasında 22-ci turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, lider “Qarabağ”ın “Sumqayıt”la matçını Rauf Cabarov idarə edəcək.

Azərbaycan Premyer Liqası
22-ci tur

11 aprel

Zirə – Keşlə
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

Qarabağ – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”, 19:15