“Qarabağ” “Sumqayıt”a məğlub oldu
- 2021-01-16 00:19
- 650
Birinci Divizionda mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Sumqayıt” və “Qarabağ”ın əvəzediciləri bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, “Sumqayıt Arena”nın ehtiyat meydançasında baş tutan oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.
“Sumqayıt-2” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunununda "Neftçi-2" ilə qarşılaşacaq. Matç yanvarın 22-də baş tutacaq.