Daha bir futbolçu “Sumqayıt”dan ayrılıb.

Rekord.az-a daxil olan məlumata görə, “Qarabağ”dan icarə əsasında “Sumqayıt”da oynayan Elvin Cəfərquliyev yenidən Ağdam klubuna qayıdıb.

Səbəb “Qarabağ”ın öz futbolçusunun xidmətində maraqlı olmasıdır. Təbii ki, burada yaş limiti də rol oynayıb. Yəni növbəti mövsüm Qurban Qurbanov Elvin xidmətindən 21 yaş limitində istifadə edəcək.