Son günlər Toral Bayramovun "Qarabağ"dan ayrılmaq ehtimalı haqda məlumatlar yayılıb. Xüsusilə onunla Polşa klublarının maraqlandığı deyilir.

Lakin Rekord.az-ın Ağdam klubuna yaxın mənbədən əldə etdiyi məlumata görə, Toral "Qarabağ"dan heç yerə getməyəcək.

Qurban Qurbanov onun satılmasını qəti istəmir və gələcəkdə Bayramova əsas heyət üzvü kimi baxır.