Bu gün Misli Premyer Liqasında 4-cü dövrəyə start verilib.

Rekord.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonrakı ilk turun matçları üç günü əhatə edəcək. 

İlk oyun günündə bir görüş baş  tutub. 28-ci tura Tovuzda “Turan Tovuz” lider “Qarabağ” arasındakı oyunla start verilib. Cavid Cəlilovun idarə etdiyi oyun Ağdam təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Bu turun “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Sabah” görüşləri sabah, “Kəpəz” – “Səbail” və “Zirə” – “Şamaxı” oyunları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
28-ci tur

28 mart

“Turan Tovuz” – “Qarabağ” 1:4
Qollar: Aleks Souza, 30 - Kadi Borges, 16-pen; 84. Nəriman Axundzadə, 32. Aleksey Kaşuk, 90+1.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 19:30.

Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.