Futbolla bağlı qadağa aradan qaldırıldıqdan sonra klublar da transferlərlə bağlı aktiv fəaliyyəti bərpa edib.

Rekord.az xəbər edir ki, “Qarabağ” da artıq bu barədə aktivliyi artırıb.

Əldə etdiyimiz məlumata görə Ağdam təmsilçisi ilk növbədə hücumçu transferi üzərində çalışır. Hazırdı iki əcnəbi hücumçu var ki, klub rəhbərliyi onların menecerləri ilə əlaqəyə girib.