"Qarabağ" transfer çalışmalarını yekunlaşdırıb.

Rekord.az xəbər verir ki, bu həftə Bakıya qayıdacaq Ağdam təmsilçisi yeni futbolçu almayacaq.

Baş məşqçi Qurban Qurbanov buna ehtiyac görməyib.

Qeyd edək ki, "Qarabağ" qış transfer dönəmində 3 transfer reallaşdırıb: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili, (“Yagelloniya”, Polşa, icarə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)